Müxalifət tərəfdarları döyülüb

media-hightechnic-468x90

87670Naməlum gənclər müxalifətçi Aleksey Navalnının tərəfdarlarını Moskvanın mərkəzindəki “Bobrı və utki” (“Qunduzlar və ördəklər”) kafesində kütləvi şəkildə döyməyə başlayıblar.

Yenicag qafqazinfo-ya istinadən bildirir ki, bu haqda vətəndaş fəalı Yelena Berkova məlumat verib. O, deyib ki, Navalnının tərəfdarları, o cümlədən siyasətçinin silahdaşları Denis Bilunov və Leonid Volkov kafeyə bu gün Korrupsiya ilə Mübarizə Fondunda aparılan axtarışı müzakirə etmək üçün yığışıblar. Onun sözlərinə görə, naməlum şəxslər zaldakı kişilərə hücum ediblər, qadınlara isə toxunmayıblar. Yelena Berkova hücum edənlərin “Meydan əleyhinə hərəkat”ın fəalları olduğunu da istisna etməyib.

Polis hadisə yerinə 15-20 dəqiqə sonra gəlib, hazırda insident iştirakçıları sorğu-suala tutulurlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600