!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müxalifətin “veteranlar çayxanası” və ya Əli İnsanovun timsalında yeni “pul kisəsi”

!Reklam – Yazi

Əks düşərgə təmsilçilərinin 5 noyabr “dəyirmi masa”sı mediada və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır.

“Ömürlük müxaliflər”in budəfəki “çayxana məclisi”nə rəng qatan və bir az da “məna” verən isə orada keçmiş səhiyyə naziri Əli İnsanovun da iştirakı oldu. Özlərinin dayaz ağlı və qısa yaddaşı ilə keçmişi unudan müxaliflər korrupsiyaya görə uzun müddət həbsxanada cəza çəkmiş İnsanovu “dissident”, “demokrat” kimi qələmə verməyə çalışır, onu artıq aralarında ən varlı şəxs qismində görərək, təşəbbüsü nümayişkar surətdə ona ötürürlər.

Bu səhnə hər kəsə müəyyən qədər Rəsul Quliyevin 2000-ci illərin müxalifətində iştirakını xatırladır. O vaxtlar da indi İnsanovun cibinə göz dikənlər Rəsul Quliyevdən onun Bakıdakı nümayəndələri Cəlaloğlu və Məmmədov qardaşları vasitəsi ilə maksimum dərəcədə çox pul qoparmağa çalışırdılar, təşəbbüsü də sevə-sevə eks-spikerə verməyə hazır olduqlarını bildirirdilər.

Amma o vaxtlar müxaliflərin bu “səxavət”inin əsas səbəbi Rəsul Quliyevin ölkədə olmaması idi. Azərbaycanda korrupsiya faktlarına görə haqqında cinayət işi açılmış Quliyevin ölkəyə dönməsi də mümkünsüz deyildi. Ona görə də müxaliflər ondan pul qoparırdılar, az qala hər partiya sədri ayrılıqda Rəsul Quliyevə hakimiyyətə gələcəyi təqdirdə ölkə iqtidsadiyyatını onun öhdəsinə verəcəyini bildirirdi.

Bu münasibətdən başı gicəllənən Rəsul Quliyev isə özünü ABŞ-da artıq Azərbaycanın faktik sahibi hiss edirdi. İndi isə bir vaxtlar “nazor” olarkən yüksək tribunalardan lənətlədiyi, aşağıladığı, hətta güllələnmələrinin belə vacibliyini vurğuladığı şəxslərlə birlikdə siyasi fəaliyyətə başlaması keçmiş nazirin əslində, nə qədər prinsipsiz, nə qədər qeyri-ciddi olduğunu göstərir.

Müxalifətin həmrəyliyindən, bir-birinə yardımından ağızdolusu danışan, illərdir, onların təbliğatını aparan, bütün polemikalarda onların sözünü deyən, bu gün isə dəhşətli qəza nəticəsində can çəkişən hüquq müdafiəçisi Oqtay Gülaliyevə bir manat belə yardım etməyən müxalifət liderləri, axı hansı mənəvi bağlardan, həmrəylikdən danışırlar?

Bu gün hakimiyyət əleyhinə ən sərt fikirlər səsləndirmiş Gülalıyevin sağalması üçün dövlət rəhbərliyi ən yüksək səviyyədə tədbirlər gördü. Bu, İlham Əliyevin 2003-cü ildə prezident seçilərkən və hər seçkidə də təkrar etdiyi “Mən bütün dünya azərbaycanlıların prezidenti olacam!” sözlərinin təsdiqidir.

Mini-sirk meydançasını xatırladan müxalifətin “dəyirmi masa”sının ərtafına cəmləşənlər isə hamısı bir nəfər kimi “veteranlar çayxanası”nın” dəyişməz “müştəri”ləridir. Ötən əsrin 90-cı illərində olduğu kimi, indi də boş və populist şüarlar səsləndirən bu şəxslər ömürləri boyu heç bir konsepsiya və ya qaldırdıqları problemin həlli yolu haqda bir kəlmə real söz deyə bilmədilər.

Çünki onlar ölkənin ən əsas problemini heç vaxt görmək istəməyiblər. Onlar üçün ən real problem özləri, vəzifələri və cibləri olub. İndi isə görünür, Əli İnsanovun simasında onlar növbəti “pul dağarcığı” tapıblar və onu əldən vermək fikirləri yoxdur.

Sanki müharibə illərinin “Kubinka”sında olduğu kimi, uğursuzlar yenidən siyasi “küçə alveri”ni, onunla birlikdə isə xaosu bərpa etmək istəyirlər.

Nə deyək, “Allah bazar verməsin siyasi alverinizə!”

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

1891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv