Nalbadyanın sərsəm bəyanatına Azərbaycan XİN cavab verdi-Video

media-hightechnic-468x90

2143Ermənistan xarici işlər naziri Eduard Nalbaldyan ötən gün Kəlbəcərdə qurama məhkəmələri keçirilən girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri qaytarmayacıqları barədə açıqlama yayıb. Nalbaldyan deyib ki, iki girovun heç birini Azərbaycana qaytarmaq fikirləri yoxdur. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı isə özünü gecikdirməyib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev bu günki mətbuat konfransında məsələyə münasibət bildirib.

“Ermənistanın xarici işlər naziri həm Ermənistan, həm də beynəlxalq ictimaiyyəti aldatmaq siyasətin həyata keçirir. Artıq açıq ictimai bəyanat formasında ATƏT Minsk Qrupunun həmsədr ölkələri və onların yüksək səviyyəli rəsmiləri girovların azad edilməsilə əlaqədar Ermənistan tərəfinə müraciət ediblər. Ermənistan xarici işlər naziriliyinin məsələyə bu dərəcədə münasibəti bir daha onu göstərir ki, Ermənistan işğalçı rejimin pərdə adı altında gizlənmək siyasəti tamamilə uğursuzdur. Onlara qarşı hər hansı bir iddia kimi irəli sürülən qondarma məhkəmə qərarlarının da heç bir hüququ mahiyyəti yoxdur. Ermənistan da bu məsuliyyətdən qaça bilməz”, – deyə Hikmət Hacıyev bildirib.

Xatırladaq ki, dünən Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov girovların azad edilməsi üçün Ermənistana təzyiq edilməli olduğunu söyləmişdi. Bu yaxınlarda Azərbaycanda və Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland da Ermənistanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırmışdı. İki gün öncə isə ABŞ dövlət departamentinin mətbuat katibi Cen Psaki azərbaycanlı girovlarla bağlı Ermənistana çağırış etmişdi.

Ötən il iyunun 29-da Qarabağda öz torpaqlarında doğmalarının məzarını ziyarət etməyə gedən vətəndaşlarımızı ermənilər diversant adı ilə məhkəmə qarşısına çıxarıblar. Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası veriblər. Daha bir Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600