Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Namazı pozmamaq, yoxsa insan həyatını xilas etmək? - Elşad Miridən AÇIQLAMA - VİDEO

“Yanındakı insan yerə yıxılır və namazı kəsib ona kömək etmirsənsə, sənin namazında problem var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında namazın hansı hallarda yarımçıq saxlanıla biləcəyinə aydınlıq gətirən ilahiyyatçı Elşad Miri deyib.

Türkiyədə məsciddə namaz qılan yaşlı insasının infarkt keçirdiyi zaman ətrafdakıların ona vaxtında yardım göstərməməsi nəticəsində dünyasını dəyişməsi geniş müzakirələrə səbəb olub.

Qeyd olunan hadisə zəruri hallarda namazı yarımçıq saxlayaraq, yardıma ehtiyacı olan insana kömək etməyin dində necə tənzimlənməsi məsələsini aktuallaşdırıb. Başqa sözlə, dindarlar vurğulanan situasiyalarda İslamın vacib şərtlərindən biri olan namazını davam etdirməli, yoxsa “bir insanın xilası bütün bəşəriyyətin xilasıdır” ayəsinə uyğun davranmalıdır?

Elşad Mirinin sözlərinə görə, bu vəziyyətdə ilk növbədə insanın xilas edilməsi barədə düşünülməlidir:

“Dinin göndəriliş məqsədi insanların doğru yola gətirilməsidir. Əgər din səni adam eləmirsə, demək ya həmin dində problem var, ya da səndə! Yəni din bir insanı xilas etmək üçün göndərilib. Yanındakı insan yerə yıxılır və namazı kəsib ona kömək etmirsənsə, sənin namazında problem var.

Guya bu, çox imanlıdır və heç bir şeyə fikr vermədən namaz qılır. Bundan başqa, həmin görüntülərdə imamın da məsələyə biganə yanaşması onun imamsızlığına gətirib çıxaracaq bir məsələdir. İslamı bu qədər cılızlaşdırmaq olarmı?

Birinci növbədə yaşlı insanı xilas etmək lazım idi. Bəlkə də vaxtında yardım edilsəydi, o şəxsin həyatı xilas olunacaqdı. Amma yardım gec göstərildiyinə görə yaşlı dindar dünyasını dəyişib. Təəssüflənirəm və İslamda belə bir din anlayışının olmadığını qeyd etmək istəyirəm”.

İlahiyyatçının sözlərinə görə, nəinki kiməsə tibbi yardım məqsədilə, hətta qapı aramsız döyüldükdə belə, namazı yarımçıq kəsmək olar:

“Əlbəttə, bu halda namazı yarımçıq kəsmək olar. Çünki kimsə qapını sındıra-sındıra döyürsə, yaxud digər hallar baş verirsə, sən namazını hüzur və rahatlıqla davam etdirə bilməyəcəksən”.

Firuzə Alimova

www.yenicag.az

1358
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM