Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş natiqlik çempionatı başa çatıb. “Diksiya Akademiyası”nın təşəbbüsü, “Nar”ın və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilən layihənin əsas məqsədi gənclərin özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək, onları Azərbaycan dilində səlis danışmağa sövq etməkdir.
Çempionat 3 tur və final mərhələsindən ibarət olmaqla 250-dən çox natiqi bir araya gətirib. Final mərhələsində iştirak haqqı qazanan 10 iştirakçı qalib gəlmək üçün səhnədə beş dəqiqəlik çıxışlarını təqdim ediblər. “Ana dilində hekayəni danış” natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Elza Hacıyeva olub, layihədə 2-ci yerin sahibi Murad Hüseynli, 3-cü yerin sahibi isə Türkan Bədəlova seçilərək “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Dilin nəsillər arasında körpü və mədəni ifadə vasitəsi kimi gücünə inanan “Nar” ana dilimizin inkişafına yönəlik layihələri dəstəkləməklə Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və təbliğinə töhfə verir, eyni zamanda gələcək nəslə ünsiyyətdə və özünüifadədə üstün olmağa imkan yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələrlənar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.
www.yenicag.az