Narkotik çəkib avtomobil idarə edən sürücü saxlanıldı

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.

media-banner_tuq

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05