Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Narkotik vasitənin təsiri altındakı taksi sürücüsü saxlandı - FOTO

Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Yenicag.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Qeyd edilib ki, bu zaman avtomobilin sürücüsü, Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Sürücünün bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu bildirilir.

İ.Yusifazadə barəsində toplanan materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

www.yenicag.az

215
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100