Narkotikə görə saxlanılan bloqer həbs edildi

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloqer Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a daxil olan məlumatda deyilir:

“Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib”.

Qeyd edək ki, C.Quliyev sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınır. Onun sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600