Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanıldı

media-hightechnic-468x90

Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28 yaşlı Yadigar Məhərrəmov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, E.Seyfullayevin idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı hər iki şəxsə məxsus 29 kiloqram 290 qram marixuana götürülüb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 1 kiloqram 780 qram heroin və 9 kiloqram 420 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600