“Nasosnu”da dənizin kənarında oturub xəbər gözləyirik” – Qabil Hüseynli

media-hightechnic-468x90

Qəzaya uğramış MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyev sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.

Bu barədə Yenicag.az-a açıqlama verən Qabil Hüseynli məlumatı təsdiq edib. O, bildirib ki, Rəşad haqqında hələ ki heç bir xəbər yoxdur:

“Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərdən başqa heç bir məlumatımız yoxdur. “Nasosnu”da dənizin kənarında oturub xəbər gözləyirik. Ümidimiz dövlətin axtarışla bağlı apardığı səylərədir”.

Qeyd edək ki, iyulun 24-də saat 22-00-da plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600