Natiq Məmmədli: "Hazırda media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur"

media-hightechnic-468x90

Hazırkı dövrdə media üçün əsas təhdidlərdən biri informasiya bolluğudur.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv tədbirlər: türk dövlətlərinin media ekosistemi nümunəsində” adlı paneldə deyib.

Onun sözlərinə görə, bu da özlüyündə dezinformasiyaların çoxluğuna gətirib çıxarır.

N.Məmmədli həmçinin bildirib ki, Azərbaycanda media haqqında yeni qanun hüquqi immunitet formalaşdırıb:

“Hazırda dünyada mediadakı informasiyalara qarşı inamsızlıq mövcuddur. Burada əsas məqam medianın yeniliklərə açıq olmasının vacibliyidir. Məsələn, süni intellektin insanın əvəzindən düşünə biləcəyini iddia eləmək fikri ümumilikdə faciədir”.

O, gələn ay Azərbaycanda media savadlılığı həftəsinin keçiriləcəyini də vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa