!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO ilə bağlı YENİ İDDİA: “Xəzər dənizinə çıxmağa çalışırlar”

!Reklam – Yazi

“Bu dövlətlərin strateji məqsədi Xəzər dənizini hərbi baxımdan təhdid altında qoymaq yox, təhlükəsizliyi təmin etməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında “NATO-dan gələn hərbi təhlükə durmadan artır, Xəzər dənizinə çıxış əldə etməyə çalışır” bəyanatı ilə çıxış edən Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun kimə mesaj yolladığı ilə bağlı şərh verən politoloq Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, Rusiya ilk növbədə bu bəyanatda Türkiyəni nəzərdə tutur:

“Çünki zaman-zaman Türkiyə və Azərbaycan dənizçiləri təlimlər keçirirlər. Birgə təlimlərin məqsədi isə daha çox dənizdə və quruda sərhədlərin qorunmasını təmin etməkdir. Bir müddət əvvəl Xəzər dənizində Türkiyə və Azərbaycan hərbçiləri arasında belə təlimlər təşkil edilib. Hətta döyüş əməliyyatları və avadanlıqla bağlı Azərbaycana hərbi yardımlar da təşkil olunub”.

“Bununla yanaşı, ABŞ-də bu su hövzələrinin mühafizəsi məsələsinə maraq göstərir. Hətta ABŞ Azərbaycan dənizçilərinə hədiyyə də göndərib. Əlavə olaraq, NATO qüvvələrinin varlığı məsələsi də gündəmdədir. Bəzi tərəflər bu vəziyyətdən narazıdır. Lakin burada mühüm olan məsələ atılan addımların heç də Rusiyaya və ya digər ölkələrə qarşı yönəlməməsidir. Hərbi təlimlərin əsas məqsədi gələcəkdə müxtəlif növ hərbi əməliyyatlar üçün hazırlıqdır. Rusiya narahat olmamalıdır. Çünki nə Kremlə, nə də başqa bir dövlətə qarşı təhdid ehtiva etmir. Eyni zamanda, Azərbaycan və Orta Asiya türk cümhuriyyətləri tərəfindən Xəzəri hərbiləşdirmək kimi məqsəd yoxdur. Bu dövlətlərin strateji məqsəd Xəzər dənizini hərbi baxımdan təhdid altında qoymaq yox, təhlükəsizliyi təmin etməkdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

64
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv