“NATO raketləri ərazimizdə olmayacaq”
“Gürcüstan öz ərazisində NATO-nun Raket Əleyhinə Müdafiə sistemlərini yerləşdirmək niyyətində deyil”.
Bu açıqlama ilə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib.
O, Rusiyanın bu barədə yalnış informasiyaya sahib olduğunu deyib:
“NATO Raket Əleyhinə Müdafiə sistemlərinin Gürcüstan ərazisində yerləşdirilməsi barədə heç bir planı yoxdur. Bu məsələ, ümumiyyətlə, müzakirə olunmur. O ki qaldı cənab Lukaşeviçin açıqlamasına, guya ki, Gürcüstan ərazisində ABŞ və NATO ölkələrinin infrastrukturunun yerləşdirilməsi gözlənilir, mən bir daha təsdiq etmək istəyirəm ki, bu məsələ ilə bağlı heç bir planımız yoxdur və bu məsələyə baxılmır. Hər halda Moskvanın bu barədə daha yaxşı məlumatı ola bilər”.