Naxçıvan Baş nazirinin müavini vəzifəsindən azad edildi

media-hightechnic-468x90

Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.

Yenicag.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə deputat seçilməsi Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600