Naxçıvan Səhiyyə Nazirliyində yeni təyinat

media-hightechnic-468x90

Naxçıvan Səhiyyə Nazirliyində Təminat mərkəzi yaradılıb.

Yenicag.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun tərkibində yaradılan yeni mərkəzə direktor Elçin Rəfiyev təyin edilib.

Türkiyədə təhsil alan Elçin Rəfiyev bundan əvvəl “Naxçıvanbank”da fəaliyyət göstərib.

Samiq Sadıxovun imzaladığı digər əmrlə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində baş həkimin inzibati işlər üzrə müavini vəzifəsinin müvəqqəti icrası Vüqar Babayevə həvalə edilib.

Qeyd edək ki, Vüqar Babayev buna qədər Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa