Naxçıvan televiziyasının indiki vəziyyəti: Ənənədən xaosa
Naxçıvan Muxtar Respublikası 3 il müddətində elə idarə olunub ki, bəzən camaat avtoritarlığına görə xan adlandırdıqları Vasif Talıbovun dövrü üçün darıxırlar. Keçmiş səlahiyyətli nümayəndə Fuad Nəcəflinin yarıtmaz idarəçiliyi bütün sahələrə təsirini göstərib. Həmçinin televiziyaya və ümumilikədə media sektoruna da.
100-ə yaxın yaşı olan Naxçıvan teleradiosu həmişə ənənəsi olan oturuşmuş bir kollektiv olub. Fuad Nəcəfli isə Naxçıvan Televiziyasının əməkdaşlarını heçə sayaraq, müxtəlif eksperimentlər keçirir, lazımi işləri görməyə-görməyə kanaldan özünün piarını tələb edir, hətta, efirə müsahib kimi çıxarılan rəhbər şəxslərə müdaxilə edir, gündəlik xəbər çəkilişləri isə onun tapşırığı ilə mətbuat katibi Günay Malikqızı tərəfindən səlahiyyətli nümayəndəlikdə yaradılan “Smart media tətbiqi”ndə onlayn icazə verildikdən sonra həyata keçirdi.
Bu yolla televiziya və digər dövlət qurumları Günay Malikqızından, dolayı yolla, Fuad Nəcəflidən asılı hala salınır və qurumlara əlavə təsir mexanizmi formalaşdırılırdı.
Bakıdan Naxçıvana transfer etdilən İlhamə Novruzova isə 200-dən çox əməkdaşı olan Naxçıvan Televiziyasının günü-gündən geriləməsinin, idarəolunmaz vəziyyətə gətirilməsinin əsasını qoydu. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində hazırda sədr əvəzi olan, Fuad Nəcəflinin göz-bəbəyi İlhamə Novruzova əvvəl “Xəbərlər”in rəhbəri, sonra sədr müavini oldu. İndi isə sədr vəzifəsi ona həvalə edilib. İlk baxışdan bu adi struktur dəyişikliyi kimi görünür. Amma hər bir təyinat işlərin daha da inkişafına hesablanmalı, kollektivin və bölgənin yerli xüsusiyyətləri nəzərə alınmlıdır. Bu amillər nəzərə alınmadığından son 4-5 ayda Naxçıvan televiziyasının efir vaxtı iki saat azaldılıb, veriliş – proqramların keyfiyyət və həcmi düşüb, texniki imkanları zəifləyib, peyk yayımına çıxan telekanal ölkənin efir məkanında özünü istehsal etdiyi silsilə film, verliş və proqramlarla qazandığı müsbət imici itirib. Hazırda kanlada ətalət hökm sürür və diqqəti cəlb edən yeni veriliş və proqramlar demək olar ki, hazırlanmır. Efir köhnə arxiv materialları ilə doldurulur.
Bir neçə aydır ki, Naxçıvan televiziyasının əməkdaşları İlhamə Novruzovanın idarəçiliyinə qarşı etirazlarını səsləndirməyə başlayıb, yuxarı orqanlara dəfələrlə şikayət və müraciətlər ediblər. Şəxsi qərəz və intriqalar ustası olan Novruzovanın ucbatından əməkdaşların bir çoxu işdən çıxmaq məcburiyyətində qalıblar. İllərlə öz işlərini vicdanla yerinə yetirən əməkdaşlar indi bir nəfərin kaprizinə görə iş-güclərini atıb məcburən başqa sahələrdə qazanc yeri axtarırlar. Şikayətçilərin dediklərinə görə, bu adam hətta televiziyanın bufetində oturub əməkdaşların söhbətlərinə qulaq asır, onların danışığına müdaxilə edib dava-dalaş salır. İşçilərin geyimlərini müzakirə edir, öz mülahizəsinə görə, hərəyə bir ad, ləqəb qoyur, yerli kadrları təhqir edir. Hələ Xəbərlər Departamentinin rəhbəri olduğu vaxtlardan onun bu mərəzi işçiləri bezdiribmiş. Birinə əxlaqsız, birinə küçə qızı və s. təhqiramiz ifadələr deyir, hər gün dava-dalaş törədirmiş. Axırda əməkdaşların hamısı işdən çıxmaq ərizəsi ilə televiziyanın sabiq sədri Sahil Tahirlinin qəbuluna gediblər. O, işçilərin haqlı olduğunu aydınlaşdırdıqdan sonra, İlhamə Novruzovaya xəbərdarlq edib, onu üçumi idarəetmə və redksiyaların fəaliyyət məsələlərindən tamamilə uzaqlaşdırıb.
Əməkdaşların dediyinə görə, şəxsən Fuad Nəcfli tərəfindən onun sözcüsü Günay Nəzərovanın ifasında televiziyanın fəliyyətinə qanunsuz müdaxilələr edildiyindən buna etiraz edən keçmiş sədr Sahil Tahirli öz ərizəsi ilə işdən ayrılmağa qərar verib. Bu “sehrli əllər” Sahil Tahirlini İlhamə Novruzova ilə əvəz etdikdən sonra onun qılıncının dalı da qabağı da kəsməyə başlayıb. Demək olar ki, əvvəlki rəhbərlik dönəmində özünü doğruldan, səmərəli fəaliyyətləri ilə seçilən əməkaşkarın hər birindən qisas almağa başlayıb. İşçilərə yarıtmaz adam kimi davranır, hərdən bir gündə 20-25 nəfərdən səbəbsiz şəkildə izahat alır. Kiməsə bir iş tapşırır, sonradan dediyini danır. Çox qəribə hərəkətləri, sözləri ilə kollektivi bezdirir. Özünə yaxın bəzi adamlara isə tamam ayrı münasibət göstərir. Xüsusilə də prodüser ştatı açaraq ayrı kabinetə əyləşdirdiyi Elşən adlı çantadaşıyanına. Televiziyada işçilər ona Yarımçıq Elşən deyirlər. Çünki hanssı işi görməyə başlayıbsa, yarımçıq qalıb. Heç birini tamamlaya bilməyib. Ali təhsili belə olmayan bu adam İlhamə Novruzova üçün qiymətli kadrdır.
İlhamə Novruzovanın işinin “naxış”ı isə Zəfər Günündə olub. Həmin gün 19:00 xəbər buraxılışında Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan xalqına təbriki oxunanda ekranda erməni əlifbası ilə yazılar verilib. Naxçıvan TV-nin altını üstünə çevirən, işin həyətində it-pişiklərinə ayırdığı vaxtı işə ayırsa, işçiləri gərginlikdə saxlamasa bəlkə də efirdə belə səhvlərə yol verilməzdi. Bu səhv rüsvayçılığın pik nöqtəsidir.
Kanalda təşkilati işlər də acınacaqlıdır, yanacaq çatışmazlığından avtomobillər çəkilişə çıxa bilmir, istilik sistemləri işləmir, ezamiyyə xərcləri ayrılmır, qonorar bölgüsü düzgün aparılmır, əməkhaqqılar gecikdirilir, studiya təsirləri ləngiyir və sair. Hətta, bir ay əvvəl ştat olmaya-olmaya İlhamə Novruzova qanunsuz əmrlər verilərərək özünə yaxın bir neçə nəfəri işə götürüb. Və kadrlar şöbəsini qanunsuz işə götürülənləri ƏMAS-da qeydiyyatdan keçirməyə məcbur edib. Bunu etmək istəməyən əməkdaş Xədicə Kərimovadan əsasız izahat tələb edib. Əməkdaşlar isə məcbur qalaraq Naxçıvan Ali Məclisinə şikayət ediblər.
İşçilər bildirirlər ki, dəfələrlə Fuad Nəcəflinin qəbuluna gedib maaşlarının aşağı olduğunu, hərdən güc-bəla ilə 5-10 manat artıq qonorar aldıqlarını, İlhamə Novruzovanın qeyri-adekvat davranışını demək istəyiblər. Lakin onları eşitmək belə istəyən olmayıb. Hətta əməkdaşlar Günay Nəzərova tərəfindən borclu da çıxarılıblar. Onun da iş üslubu İlhamə Novruzovadan heç də fərqlənmir. İlhamə Novruzovanı daim müdafiə etmısinin səbəblərindən biri də həyat yoldaşı Bəhruz Nəzərovun rəhbəri olduğu Naxçıvan Təlim Mərkəzində İlhamə xanımın “pulsuz” təlimlər vermşsidir. Yəni pərdəarxası işbirlikləri. Kanalın əməkdaşları deyirlər ki, tədbirlərə öz dost-tanışını yığıb bunu fəxrlə sosial şəbəkədə yazan, özünə İtaliyada dəbdəbəli ad günü keçirən, heç bir idarəçilik təcrübəsi olmayan adamdan kömək gözləmək sadəlövhlük olar.
“İnanırıq ki, dövlətimiz səsimizi eşidəcək, zəngin ənənələri olan Naxçıvan televiziyasını Fuad Nəcəfli idarəçiliyinin saldığı bataqlıqdan çıxaracaqlar”-deyə onlar bizə müraciət edən tv əməkdaşları bildiriblər.
Bax belə, deməli, Naxçıvanın informasiya mühiti əsasən Fuad Nəcəflinin iki “qiymətli” kadrının ixtiyarında qalıb. Biz mövcud vəziyyəti yazıb bildirdik. Söz və əməl əlaqədar təşkilatların öhdəsinə düşür.












