Daşkənddə Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirildi - FOTO

media-hightechnic-468x90

Özbəkistan Gənclər İttifaqı və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, universitetin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Gənclər İttifaqının sədr müavini Qədircan Əsədov, Özbəkistan Ali Məclisi yanında Gənclər Parlamentinin sədri Otabek Sabitov, eləcə də ölkənin aparıcı alimləri və gənc liderləri iştirak ediblər.

Özbəkistan nümayəndələri vurğulayıblar ki, hazırda yalnız dövlətlər arasında deyil, Prezident Şavkat Mirziyoyev və İlham Əliyev arasında olan möhkəm dostluq və strateji tərəfdaşlıq iki ölkə gəncləri üçün də geniş imkanlar açır. Bildirilib ki, gənclər elm, innovasiya, mədəniyyət və startap layihələrində birgə təşəbbüslərlə yeni əməkdaşlıq modeli formalaşdıra bilərlər. Gənclər siyasəti və təhsil mübadilələri Azərbaycan–Özbəkistan münasibətlərinin strateji inkişafında mühüm rol oynayır və bu səbəbdən də gənclərin ortaq fəaliyyəti zəruridir.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, təhsil eksperti Ürfan Qədimov Azərbaycanda Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərindən, gənclərə göstərilən yüksək diqqət və qayğıdan, təhsil və innovasiya sahəsində son illərdə əldə edilən nailiyyətlərdən danışıblar.

Vurğulanıb ki, Azərbaycan və Özbəkistan gənclərinin birgə layihələri, tələbə və ekspert mübadiləsi, ortaq forumlar və startap əməkdaşlığı iki xalq arasındakı tarixi-mədəni yaxınlığı daha da möhkəmləndirəcək. Bu əməkdaşlığın iki ölkə arasında münasibətlərə təsir göstərəcəyi qeyd olunub./report

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa