“Qarabağ”ın rəqibi cəzalandırıldı

media-hightechnic-468x90

UEFA “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Ayntraxt”ı (Frankfurt, Almaniya) cərimələnib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Almaniya təmsilçisinin cəzalandırılmasına səbəb klubun və azarkeşlərinin “Liverpul”la matçda qayda pozuntularına yol verməsi olub.

“Ayntraxt” ictimai keçidlərin bağlanmasına görə 11000 avro ödəyəcək. Həmçinin klub irotexniki vasitələrdən istifadəyə görə 10750 avro, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro cərimələnib.

Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” arasında matç 21 yanvar 2026-cı ildə Bakıda keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa