Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaq

media-hightechnic-468x90

Mütləq Döyüşçü Çempionatının (UFC) sabiq çempionu, əlbəyaxa döyüş sənətləri ustası Həbib Nurməhəmmədovun papaqları “Telegram”da hərraca çıxarılacaq.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisi Pavel Durov elan edib.

Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyi bildirilir.

“Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörməti simvolizə edən kolleksiya predmetləri “Telegram”da hərraca çıxarılacaq”, – deyə Durov yazıb.

Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızında keçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasını başa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasında İrlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəmərini qazanmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05