Yanğında həlak olan Könül Vəlibəylinin qızı da zəhərlənib

media-hightechnic-468x90

Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova da tüstüdən zəhərlənib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə ailənin yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, 25 yaşlı Ləman Qulamova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 7 nəfərin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa