Naxçıvanda çörək ucuzlaşdı - QƏRAR

media-hightechnic-468x90

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq.

Yenicag.az Report-a istinadla xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən, yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.

Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600