!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanda idarəetmə dəyişdirilir?: "Hamısında korrupsiya faktları üzə çıxıb"

!Reklam – Yazi

“Naxçıvanda Ali Məclis, Nazirlər Kabineti ləğv olunmalıdır”.

Bu sözləri Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi və referndum keçirilmə ehtimallarını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Naxçıvanda idarəetmənin dəyişdiriləcəyi artıq qaçınılmazdır:

“Düşünürdük ki, prezident öz səlahiyətli nümayəndəsini Naxçıvana təyin edə bilər. Belə də oldu. Muxtar statusun qaldırılması ilə bağlı tələsik addım atmağa ehtiyac yoxdur. Çünki idarəetmə birmənalı şəkildə Prezidentin ixtiyarındadır. Gələcəkdə strukturlar, Ali Məclisin özü, Nazirlər Kabineti, hamısı ləğv olunmalıdır. Bunların ləğv olunması üçün muxtariyyətin ləğvi ilə bağlı müəyyən addımlar atıla bilər. Bu da referendumdan keçir. Ancaq buna da ehtiyac yoxdur.

Naxçıvan Muxtar Respublikasının bundan sonra Naxçıvan İqtisadi Zonası adlanması ilə bağlı qərar vermək olar. Bununla da Naxçıvan İqtisadi Zonaya uyğun əsasnamə ilə idarə olunar.

Prezident rayonların idarə olunmasını oradakı Nazirlər Kabinetini qatmadan da idarəetmək iqtidarındadır. Oradakı strukturlar arabanın beşinci təkəri olmaqla yanaşı, həm də korrupsiyaya bulaşmış vəziyyətdədir. Hansı struktura yoxlamaq üçün əl atıblarsa, hamısında korrupsiya faktları üzə çıxıb. Cəmi üç strukturda 500 milyon manata yaxın yeyinti olub. Bu mənada hesab edirəm ki, paralel proseslər gedəcək.

Göründüyü qədər Muxtar statusun arxasında gizlənib, talançılıqla məşğul olublar”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv