Naxçıvanda qəza törədən nazirlik işçisi imiş - FOTO

media-hightechnic-468x90

Naxçıvada baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub.

Yenicag.az Oxu.Az-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Möhlət Zamanov Muxtar Respublikanın Maliyyə Nazirliyinin əməkdaşı imiş.

Hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.

33 yaşlı Möhlət Zamanovun idarə etdiyi “Mercedes” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə Qahab kənd sakini, Möhlət Zamanov və 27 yaşlı Naxışnərgiz kənd sakini Mənsur Zamanov hadisə yerində dünyasını dəyişiblər. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-resize

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa