!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvanın Baş nazirindən ilk QƏRAR

!Reklam – Yazi

Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib.

Yenicag xəbər verir ki, bununla bağlı qərarı Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov imzalayıb.

Bu Qayda Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir. Bu Qaydanın tələbləri Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Qərarla pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər müəyyənləşib. Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Qanunvericiliyə uyğunolaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

– ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

– fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

– Naxçıvan MuxtarRespublikası Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Qərarla pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri də müəyyənləşib. Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə əmək qanunvericiliyinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər. Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Naxçıvan MuxtarRespublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

Muxtar respublikanın ucqar kəndlərindəyerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

Pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqi olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik ilə birlikdə Komissiya tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.

Qeyd edək ki, Səbuhi Məmmədov mayın 23-də Naxçıvan MR-nin Baş naziri vəzifəsinə təyin edilib. Bu qərar onun Naxçıvan MR-nin Baş naziri kimi imzaladığı ilk qərarıdır./Report/

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu aşağıdakı kimidir:

S/№ Təsnifat üzrə ixtisasların (proqramların) şifri və adı İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni
1 2 3
Humanitar və sosial ixtisaslar qrupu
1. 050201 Filologiya (dil və ədəbiyyat göstərilməklə) dil və ədəbiyyat
2. 050206 Tarix tarix
Mədəniyyət və incəsənət ixtisaslar qrupu
3. 050303 İnstrumental ifaçılıq musiqi
4. 050304 Solo oxuma musiqi
5. 050305 Dirijorluq musiqi
6. 050306 Bəstəkarlıq musiqi
7. 050307 Musiqişünaslıq musiqi
8. 050309 Estrada sənəti musiqi
9. 050310 Xalq çalğı alətləri ifaçılığı musiqi
10. 050312 Dekorativ sənət təsviri incəsənət
11. 050318 Rəngkarlıq təsviri incəsənət
12. 050319 Qrafika təsviri incəsənət
13. 050321 Dizayn təsviri incəsənət
Təbiət ixtisasları qrupu
14. 050501 Riyaziyyat riyaziyyat
15. 050502 Mexanika fizika, riyaziyyat
16. 050503 Fizika fizika
17. 050504 Kimya kimya
18. 050505 Biologiya biologiya
19. 050506 Coğrafiya coğrafiya
20. 050509 Kompüter elmləri informatika
Texniki və texnoloji ixtisaslar qrupu
21. 050627 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi informatika
22. 050631 Kompüter mühəndisliyi informatika
23. 050633 Memarlıq təsviri incəsənət
24. 050641 Kimya mühəndisliyi kimya
25. 050655 İnformasiya texnologiyaları informatika
26. 050656 Sistem mühəndisliyi informatika
Səhiyyə, rifah və xidmət ixtisasları qrupu
27. 050809 Bədən tərbiyəsi və idman fiziki tərbiyə
28. 050814 Məşqçi (idman növü üzrə) fiziki tərbiyə
29. 050815 Bədən tərbiyəsi və idmanda reabilitasiya fiziki tərbiyə

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv