Qazaxıstan prezidenti Nursultan Nazarbayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15 aparıcı ölkəsindən ibarət forum yaratmağı təklif edib.
Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Nazarbayevin təklifinə əsasən, forum “Böyük İyirmilik” formatında yaradılmalıdır:
“Hamınızı İslam maliyyələşməsi sahəsində əməkdaşlığa çağırıram. Bu mənada demək istərdim ki, İslam İnkişaf Bankının böyük potensialı var. “Yaşıl” texnologiyanı inkişaf etdirmək, elm və innovasiyaları maliyyələşdirmək lazımdır. Bu istiqamətdə EKSPO-2017-nin bazasında 3 ay ərzində yaradılacaq “yaşıl” texnologiya və investisiyalar mərkəzinin imkanları genişdir. Biz aqrar elmi inkişaf etdirməli, yeni texnologiyalar tətbiq etməli, ərzaq təhlükəsizliyini təmin etməliyik”, – deyə Qazaxıstan prezidenti qeyd edib.
Nazarbayev G-20 modelindən forum, eləcə də İslam dünyasında elm və iqtisadiyyatın işkişafı üçün qeyri-rəsmi qrup yaradılmasını təklif edib:
“İslam Əməkdaşlıq Təşkilatının 15 aparıcı ölkəsindən ibarət İƏT-15 təşkilatını yaratmaq olardı. Çünki, bizim üçün elm və texnologiyanın inkişafı çox vacibdir. Bu mənada, biz həm də Qərb ölkələrilə səmərəli əməkdaşlıqları inkişaf etdirməliyik. Bu, bütün İslam dünyasının inkişafına imkan yaradar”.
Qazaxıstan lideri həmçinin qeyd edib ki, İƏT ölkələri İslam cəmiyyəti arasındakı münasibəti və digər dinlərin nümayəndələrilə əlaqələri inkişaf etdirməlidirlər. Bu, İslam dünyasının Qərblə yaxınlaşması üçün vacibdir.
Bundan əlavə, ötən il İstanbulda Türkiyə prezidentilə birgə İslam dünyasında sülh təşəbbüsü başlatdıqlarını vurğulayan Nazarbayev digər ölkərin də bu təşəbbüsə dəstək çıxacaqlarına ümid etdiyini bildirib.
www.yenicag.az