Nazir: "İrəvanın təkliflərinə cavab vermişik"
Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı son təkliflərə cavab göndərib.
Yenicag.az AzTV-yə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O, dövlət telekanalına müsahibəsində deyib: “Bir ay ərzində üzərində işlədiyimiz təkliflər paketi Ermənistana ötürülüb”.
Nazir əlavə edib ki, Ermənistanla danışıqlar prosesi davam edir.
O qeyd edib ki, tərəflərin görüşlərinin 2024-cü ildə baş tutacağını gözləyir.
C. Bayramov vurğulayıb ki, Bakı son vaxtlar İrəvandan müsbət siqnallar alıb, lakin onlar Ermənistandan sülh prosesində real addımlar gözləyirlər:
“Biz sülh prosesinə real baxırıq. Amma başa düşməliyik ki, sülh müqaviləsi bütün məsələlərin 100% həlli deyil. Sülh müqaviləsi gələcək müzakirələr üçün əsasdır. Bunlar Azərbaycan və Ermənistan arasında ən azı normal qonşuluq münasibətlərinin formalaşması üçün şərtlərdir”.