Nazir məşhur generalların vəzifələrini dəyişdi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi yeni vəzifəyə təyin olunub. 

Yenicag.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin rəisi, general-leytenant Şahmar Paşayev vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilib. Hər iki general sabahdan yeni vəzifələrinin icrasına başlayacaqlar.
Qeyd edək ki, bu barədə ilk məlumatı manset.az saytı yayıb./Qaynarinfo/
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa