Nazir məsləhətçisi separatçıların tərəfinə keçdi

media-hightechnic-468x90

скачанные файлы (4)Ukrayna müdafiə nazirinin məsləhətçisi, general-mayor Aleksandr Kolomiets ailəsi ilə birlikdə ölkənin şərqindəki separatçılara qoşulub. Yenicag.az modern.az-a istinadən  xəbər verir ki, Kiyevdən Donetskə qaçan general mətbuat konfransı keçirərək “Donetsk Xalq Respublikası”na xidmət göstərəcəyini elan edib.

20 ildən artıq Doentsk vilayətinin hərbi komissarı və Kiyevdə yüksək rütbəli zabit kimi çalışan Kolomiets tezliklə Ukrayna ordusunda fərarilərin sayının kəskin artacağını deyib. Onun fikrincə, prezident Pyotr Poroşenkonun Donbasda hərbi həllə üstünlük verməsi ukraynalı hərbçilərin əksəriyyətinin narazılığına səbəb olub.

Rəsmi Kiyev hələlik general-mayorun qaçışına reaksiya verməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600