Nazir müavini həbs edildi – Çin
Çin Xalq Respublikasının dövlət təhlükəsizliyi nazirinin müavini Ma Çzyan həbs edilib.
Bu haqda məlumatı Honkonqun “South China Morning Post” qəzeti yayıb.
Məlumatda deyilir ki, 30 il təhlükəsizlik orqanlarında çalışan Manın həbs edilməsi “Founder Group” şirkətinin fırıldaq fəaliyyətilə bağlıdır.
Ancaq digər mənbə isə bu həbsin sifarişli olduğunu deyib.
Ma Çzyanın ölkənin əvvəlki prezidenti Xu Çzintaonun hakimiyyətdə olduğu dövrdə Qərargah rəisi vəzifəsində çalışan Lin Çzixua ilə yaxınlıq münasibətləri olub.
Lin Çzixua artıq ötən ilin dekabrında həbs edilib. İttihamlara görə, guya “Founder Group” şirkətinin meneceri Lin ailəsinə yüksək məbləğdə rüşvət verib(aznews).