Nazir tam ştata keçiriləcək müəllimlərin sayını və dərs saatını açıqladı

media-hightechnic-468x90

“Müəllimlərin əməkhaqqısını artırmağın bir yolu onların dərs saatlarını artırmaqdır”.

Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “İctimai” televiziyanın efirində deyib.

“20 min nəfərə qədər müəllimi tam ştata keçirməyi düşünürük. Tam ştat o deməkdir ki,müəllim əgər bu seçimi edirsə, müəllimin əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə yüksək ola bilər. 20 min müəllimimiz bu əməkhaqqını alarsa, təhsil sistemində köklü dəyişikliklərin başlanğıcını qoymuş ola bilərik. Tam ştatlı müəllim həftəlik 30-36 işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Bu, pilot layihədir. Kiçik məktəbləri biz buna keçirə bilməyəcəyik. Söhbət böyük məktəblərdən gedir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa