Reklam

Reklam

Ötən il Türkiyədən Azərbaycana 100 mln. dollarlıq ərzaq məhsulu idxal olunub. Yeniçağ.Az   xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumunda bildirib.

Nazirin sözlərinə görə, beləliklə, Azərbaycan Türkiyədən ərzaq məhsulu idxalını 3,5 dəfə artırıb: “Düşünürəm ki, bu cür görüşlərdən sonra biz idxal deyil, emal və istehsal ilə məşğul olmalıyıq. Türk iş adamlarının azərbaycanlı həmkarları birgə müəssisələrin qurması daha yaxşı olar.

Bu cür müəssisələrin hesabına biz idxalı azalda, daxili tələbatı ödəyə bilərik. İş adamları razılığa gələrsə, dövlət qurumlarımız sizə ciddi dəstək göstərəcək”.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."