Nazirdən yeni təyinatlar - İki polis rəisinin yerlərini dəyişdi

media-hightechnic-468x90

Daxili İşlər naziri Ramil Usubovun sərəncamı ilə Qusar rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlov Naftalan Polis Şöbəsinə rəis göndərilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, nazirin digər sərəncamı ilə Naftalan Şəhər Polis Şöbəsinin rəisi Ziya Əliyev Qusar Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, Z.Bədəlov bundan öncə Səbayıl RPİ-nin 41-ci PB-nin rəisi işləyib. O, 2016-cı ilin avqustunda Qusar RPŞ-yə rəis göndərilmişdi.

Maraqlıdır ki, hazırda Qusar RPŞ-nə rəsi təyin edilən Ziya Əliyev Naftalana rəis göndərilməzdən öncə Qusar RPŞ-nin bölmə rəisi işləyib. O, 2016-cı ilin sentyabrında Naftalan ŞPŞ-nə rəis təyin edilmişdi./Axar/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05