Nazirin qəzada həlak olan qardaşı qızı ilə bağlı məlumatlar-Fotolar

media-hightechnic-468x90

78044Dünən axşam Bakı-Quba yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova dəfn olunmaq üçün Ucar rayonuna aparılıb.

media-banner_tuq

Mərhumun cənazəsi Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.

Xatırladaq ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. O, 1977-ci il təvəllüdlü olub.

Qeyd edək ki, mərhumun atası hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.

Qəza Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05