Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Nazirlər məni inandırmağa çalışır ki, monopoliya yoxdur" - Vahid Əhmədovdan kinayəli çıxış

Reklam: High Technic

Bu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi olub.

Yenicag.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Vahid Əhmədov ölkədə qiymət siyasətinin müəyyənləşdirməməsindən narazılığını ifadə edib.

Vahid Əhmədov monopoliyanın mövcudluğunu iqtisadi inkişafın qarşısını alan əsas amil kimi qiymətləndirib. O, çıxışında neft fondundan transferlərə də toxunub: “Hökümət nə qədər çalışsa da, büdcənin neftən asılılığını aradan qaldıra bilmir. Gələn il neft fondundan büdcəyə 9,1 milyard manatın transferi nəzərdə tutulub. Bu isə çox böyük rəqəmdir. Bir əsasnamə yaradıb, transferin yüksək həddini müəyyənləşdirmək lazımdır. Bu transferlərin nəticəsidir ki, neft fondundA toplanılmış 53 milyard vəsait hazırda 33 milyard manata qədər azalıb”.

“Günün birinci yarısında çıxış edən nazirlər büdcə layihəsini o qədər təriflədilər ki, adam bilmir hardan başlayıb, hardan qurtarsın”, deyə Vahid Əhmədov kinayəli çıxış edib.

Deputat daha çox fikrini bahalığa yönəldib: “Elan olunub ki, 2017-ci ildə manatın qiyməti sabit qalıb. Bəs, niyə bahalaşma baş verir? Bundan başqa Azərbaycanın ixracatı idxalatından 1,4 milyard çoxdur. Belə bir vəziyyətdə nəyə görə bahalıq yaranır? Təssüf ki, bu suallara cavab verilmir. İqtisadiyyat Nazirliyinin qiymətlərə nəzarət edən qurumu fəaliyyət göstərsə də, onun gördüyü işlərin də heç bir nəticəsi yoxdur. Yağın idxal rüsumunun azaldılması belə, yağın qiymətinə təsir göstərməyib. Hazırda kərə yağının qiyməti marketlərdə 18-24 manat arası dəyişməkdədir. Bahalığa səbəb monopoliyadır. Nazirlər məni inandırmağa çalışır ki, monopoliya yoxdur. Bəs, onda nəyə görə, Rəqabət Məcəlləsi layihəsi 10 ildir ki, Milli Məclisdə qəbul olunmur”.

Vahid Əhmədov bank sektorunun sağlamlaşdırılmasına yönəlik tədbirlərin də gözlənilən nəticə vermədiyini qeyd edib.

Araz Zeynalov

www.yenicag.az

3775
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM