Nazirlik bu şəxsin tapılması üçün polisə müraciət etdi – Yenicag.Az

Reklam

Reklam

Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2619
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."