Nazirlik rəsmisi: "Əsər yazmaq istəyənlərə dəstək versək, bütün işsiz-gücsüzlər kitab yazacaq"

media-hightechnic-468x90

“Biz bu gün desək ki, kim İsveçdəki kimi yazmaq istəyirsə, təşəbbüs varsa, yazsın, onu dövlət dəstəkləyir – Azərbaycanda bütün o işsiz-gücsüzlər hamısı gəlib kitab yazmaqla məşğul olacaq”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.

O qeyd eidb ki, bu gün Azərbaycanda heç kimə lazım olmayan müəllif, roman, şeir, povest, hekayənin qarşısında dayana bilmirlər:

“Bu gün yazı qabiliyyəti olmayan adamlar meydandan çıxmaq istəmir. Onlar istəyirlər ki, əsərləri tərcümə olunsun, əsərləri nəşr olunsun. Şəxsən mən və Mədəniyyət Nazirliyi yaxşı ədəbiyyatın yaranmasından yanayıq. Biz yeni müəlliflər yaratmalıyıq – mən elə düşünürəm. Hətta sovet hökuməti ən zəif zamanında belə yeni müəlliflər yarada bildi. Onların içində kifayət qədər mükəmməl yazan yazarlar var idi. Amma bu gün reallıq var: Azərbaycanda kifayət qədər ciddi əsər yazmış müəllif axtarıram. Gəlsin, biz onun arxasındayıq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05