Nazirlikdən ana ölümü ilə bağlı-Açıqlama
İsmayıllı rayonunda doğuş zamanı baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama verilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Afət Ağayeva 23 noyabrda İmayıllı rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə daxil olub.
“Doğuş normal keçib. 3 kiloqram 500 qram, 52 sm. Ölçüdə qız uşağı dünyaya gəlib. Uşaqda heç bir probme olmayıb. Doğuşdan bir müddət sonra anada qanaxma baş verib. Həkimlər qanaxmanın qarşısını ala bilməyib. Qadın dünyasınıd dəyişib”, – deyə Anar Qədirli vurğulayıb.
Qeyd edək ki, Afət Ağayevanın 3 uşağı var. Onun sonuncu hamiləliyi 11 il əvvəl olub. İndiki hamiləlikdə heç bir problem olmayıb.
A.Qədirli deyir ki, ölümün əbəbləri Səhiyyə Nazirliyinin tərkibindəki Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Əgər ölümdə həkim səhvi olarsa, mütləq günahkar ciddi şəkildə cəzalandırılacaq. Qanun qarşısında cavab verəcək”, – deyə Anar Qədirli bildirib.
Qeyd edək ki, ana ğlümü noyabrın 23-də saat 23:00-da İsmayıllı rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Həmin xəstəxanaya daxil olan 1982-ci il təvəllüdlü Afət Balaqardaş qızı Ağayevanın doğuşdan sonra halı pisləşib. Qadın dünyasını dəyişib. Onun dünyaya gətirdiyi qız uşağı isə sağdır. Səhhətində müəyyən problemlər olduğu üçün Bakıya göndərilib.
“Doğuşu xəstəxanın həkimi Məlahət Süleymanova qəbul edib. Bu Afət Ağayevanın 4-cü uşağı olub. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İstintaqdan və meyitin müayinəsindən sonra ölümün dəqiq səbəbləri bilinəcək. Buna görə, indidən nəsə demək düzgün olmaz”, – deyə İlkin Mustafayev bildirib.