!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlikdən bu şəxslərə SMS bildirişlər göndərilir

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi tərəfindən istehlakçılara bildirişlər göndərilir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması ən vacib amillərdəndir.

Bu tələblərə riayət olunmasının vacibliyinin bir daha istehlakçıların diqqətinə çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən SMS bildirişlərin göndərilməsinə başlanılıb. Belə ki, iyulun 5-dən etibarən “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorları vasitəsilə istehlakçılara ticarət mərkəzlərindən alış-veriş zamanı tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi barədə bildirişlər göndərilir.

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv