“Nə üçün mənim birillik əziyyətim puç olmalıdır?” – İmtahana gecikən namizədlərdən DİM-ə etiraz

media-hightechnic-468x90

Dünən keçirilən magistratura imtahanlarında iştirak edə bilməyən tələbələr Dövlət İmtahan Mərkəzindən (DİM) narazılıq edirlər. Onlar yağışlı hava şəraitində imtahana vaxtında çata bilmədiklərini və onlara heç bir güzəşt edilmədiyini bildirərək, DİM-dən məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər.

media-banner_tkm

Yenicag.az-a danışan namizədlər bir il ərzində çəkdikləri əziyyətin bir neçə saatın içində hədər getdiyini qeyd ediblər. Abituriyent (bakalavr) İlhamə Lətifovanın həm DİM-ə, həm də redaksiyamıza ünvanladığı müraciəti təqdim edirik:

“Dünən, mayın 17-də qeydiyyatda olduğum və yaşadığım Yeni Yasamal massivindən səhər saat 08:15-də yoldaşımla birlikdə çıxaraq, imtahanın keçiriləcəyi ‘Xalqlar dostluğu’ metrosu yaxınlığındakı 129 nömrəli məktəbə yola düşdük. Lakin Dərnəgül yolunda saat 09:00 radələrindən etibarən ucu-bucağı görünməyən tıxaca düşdük. Yağış kəsmir, nəqliyyatın sıxlığı səbəbindən yol iflic vəziyyətinə düşmüşdü. İki saatdan sonra yağış sularının gölməçə yaratdığı əraziyə çatanda onlarla avtomobilin sıradan çıxdığını gördük.

Artıq saat 11:00 idi. Yaxınlıqda nə metro, nə də avtobus var idi. Aeroporta gedənlər əllərində çamadan yolun ortasında qalmışdılar; mənim kimi imtahana gecikən onlarla şəxs böyük stres yaşayırdı. Mən Yasamalda yaşadığım halda, imtahan üçün nə üçün Nizami rayonuna göndərilməli idim? Problem yağışda deyil, imtahan binalarının yaşayış yerindən çox uzaq təyin edilməsi və kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasıdır.

Saat 11:30-da imtahan binasına çata bildik. Orada bizi qarşılayan imtahan rəhbəri Orxan Əliyev bildirdi ki, DİM-lə əlaqə saxlayıb, lakin gecikənlərin içəri buraxılmasına icazə verilməyib. Mən heç bir günahım olmadığı halda nə üçün imtahandan kənarda qalmalıyam? İki körpə övladımla həm işləyib, həm hazırlaşmışam; maddi və mənəvi çox əziyyət çəkmişəm. Əlimdə tıxacda qaldığımı sübut edən görüntülər də var. Xahiş edirəm, bizim şikayətimiz nəzərə alınsın və yenidən imtahan təşkil olunsun!”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05