Neft daşlarında dalğanın hündürlüyü 2 metrdən çox oldu

media-hightechnic-468x90

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 16:00-a olan məlumatına əsasən proses Şəki, Qax, Oğuz, Quba, Xaltan, Qrız, Şahdağ, Biləsuvar, Daşkəsən, Yardımlı, Lerik, Lənkəranda müşahidə olunub, şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.

Şimal-qərb küləyi Neftçalada arabir 20 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Prosesin axşama doğru əksər rayonlarda davam edəcəyi gözlənilir, yağıntıların intensivləşəcəyi ehtimalı var.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa