Neft şirkətinin işçisi öldü
“İlqar-NNT” MMC-nin əməkdaşı “Dübəndi” Neftaşırma sahəsində dünyasını dəyişib.
Avqustun 19-da, saat 11 radələrində “İlqar-NNT” MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Mərhum ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin “Dübəndi” Neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında şirkətdə çalışırdı.
Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.