Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Neftçala sakinində heroin və metamfetamin aşkar edildi

Neftçalada üzərində narkotik maddə olan şəxs aşkar edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Habil Səlimov rayon ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı sellofan torbalarda olan çəkisi 650 qramdan çox narkotik vasitə olan heroin və 440 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq qrupunda H.Səlimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Loading...

www.yenicag.az

160
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100