Neftçalada ev yanıb

media-hightechnic-468x90

imagesNeftçala rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

media-banner_tuq

Yanğın hadisəsi bu gün səhər saatlarında Neftçala rayonunun Qaralı kəndidə qeydə alınıb. Həmin kəndin sakini, 33 yaşlı Aydın Arif oğlu Əliyevə məxsus 2 mərtəbəli fərdi yaşayış evi qəflətən alovlanıb. Yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Evin alovlandığını görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinə məlumat veriblər.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğı söndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğının söndürülməsinə baxmayaraq, 2 mərtəbədən ibarət 4 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanıb.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05