“Neftçi” Avstriya komandasını məğlub etdi

media-hightechnic-468x90

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşü “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05