“Neftçi” millinin üzvünü transfer etdi

media-hightechnic-468x90

“Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb.

İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək. 2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa