11.08.2022 21:19
Avstriyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Rapid” (Vyana) və “Neftçi”nin start heyətləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:
“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Gerrit-Kün, 9. Qvido Burqştaller, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Druif, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld
Baş məşqçi: Ferdinand Feldhofer
“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Regekampf
Qeyd edək ki, bu gün keçiriləcək “Rapid” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
***
Avstriyada “Rapid” (Vyana) və “Neftçi” komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu start götürüb.
***
66-cı dəqiqədə “Rapid”in oyunçusu Marko Qrüll hesabı açıb: 1 – 0
***
“Rapid” və “Neftçi” arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt oynanılır.
Meydan sahibləri əsas vaxtda 1:0 hesabı ilə qalib gəlib.
***
“Rapid” və “Neftçi” arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Meydan sahibləri 112-ci dəqiqədə növbəti dəfə fərqləniblər.
“Rapid”in heyətində Ferdi Druif adını taploya yazdırıb.
***
Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan “Neftçi” UEFA Konfrans Liqası ilə vidalaşıb.
www.yenicag.az