Taekvondoçumuz Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

media-hightechnic-468x90

Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatına (22-23 iyun) və “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirinə Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Daha əvvəl “Altay” çempionatında taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri – Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05