Neftə tələbatın artması “OPEC+” ölkələrinə hasilatı artırmağa imkan verdi

media-hightechnic-468x90

“OPEC+” “səkkizliyi” ölkələrinin neft hasilatı kvotalarını artırmağa sövq edən əsas amillərdən biri III və IV rüblərdə neft tələbatının kəskin artımının gözlənilməsidir.

media-banner_tuq

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Heysəm əl-Qays 9-cu Beynəlxalq OPEC Seminarı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bu il tələbatla bağlı müsbət gözləntilərimiz var – gündəlik 1,3 milyon barel. Biz xüsusilə üçüncü rübdə tələbatın güclü artımını görürük. Dördüncü rübdə də tələbatın yaxşı artımını görürük, bazarda davamlı tarazlıq olacaq”, – o qeyd edib.

Əl-Qays həmçinin vurğulayıb ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarında profisit haqqında bütün proqnozları həddindən artıq pessimistdir: “Biz IEA və digər ekspertlərin birinci, ikinci rübdə profisit proqnozlarını müşahidə etdik. İndi isə, real məlumatlar ortaya çıxdıqda, bütün rəqəmlər başqa şey deyir – neft bazarında profisit yoxdur”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05