!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Neftin ARTAN QİYMƏTİNİN Azərbaycana TƏSİRİ: "Bu ölkələr üçün arzuolunan deyil"

!Reklam – Yazi

“Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır”.

Yenicag.az xəbər verir ki, bunu dünya bazarında neftə tələbin yenidən artmasına münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür:

“Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. Sözügedən dövrdə ölkəmizdə 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edilib. Xam neft ixracının həcmi 11,7% azalsa da əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6% artıb. Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatı gələn aydan daha 7 min barrel artırılaraq 640 min barrelə çatdırılacaq.

Bu arada Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki Qlobal Neft Şoku da məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”.

Gülşən Şərif

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv