Neftin ən son qiyməti

media-hightechnic-468x90

56931Dünya bazarında neftin qiyməti yenə düşməyə başlayıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu gün Brent markalı neftin bir barel üçün dəyəri 0,66% düşərək 55,55 dollara, WTI markalı neftin qiyməti isə 1,16% düşərək 46,9 dollara enib.

Ekspertlərin fikrincə, neft bazarında qiymətlərin düşməsinə Çin sənayesində işgüzar fəallıq indeksi təsir göstərib. Bundan əlavə, neftin qiymətlərinin aşağı səviyyədə qalması həm də Səudiyyə Ərəbistanı hakimiyyətinin gündəlik 10 milyon barel neft hasilatını azaltmaq istəməsi ilə bağlı verdiyi bəyanatdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın neft naziri Ali bin İbrahim əl Naimi bundan əvvəl bildirib: “OPEK bütün dünya neftinin yalnız 30 faizini verir və neftin qiymətinin artmasını istəyiriksə, 70 faizi verən qeyri-OPEK ölkələri də hərəkət etməlidir. Neftin qiymətinin aşağı olmasının siyasətlə heç bir əlaqəsi yoxdur. Hazırda krallığın günlük neft istehsalı 10 milyon barreldir və əgər müştərilərdən tələb olarsa, bu rəqəm artırıla bilər. Hələlik tələbat yoxdur.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600